Bəyannamə Nədir Və Hansı Növləri Var?

Bəyannamə Nədir Və Hansı Növləri Var?

29 Aprel, 2022

Bəyannamə - gəlir, istehsal olunan məhsulların sayı və ya vəsait haqqında dövlət orqanlarına rəsmi bildirişə deyilir. 

Bəyənnamə hazırladığımız zaman Ümumi məlumatlar bölməsində “bəyannamə növü” kimi aşağıdakı seçimləri edə bilərik:

1. “Cari” bəyannamə növünü həmin dövr üzrə ilk dəfə bəyannaməni təqdim etdiyimiz halda seçirik;

2. “Dəqiqləşdirilmiş” xanası - vergi ödəyicisi cari bəyannamə təqdim etdikdən sonra düzəliş məqsədi ilə yenidən vergi hesabatını təqdim edərsə, bu zaman «dəqiqləşdirilmiş vergi bəyannaməsini» verməlidir.

3. “Ləğv olma” - vergi ödəyicisi ləğv edilmə prosesindədirsə, bu növü seçməlidir;

4. “Ləğvin dəqiqləşdirilməsi” - ləğv olma bəyannaməsi üzrə düzəliş etdiyiniz halda seçilməlidir;

5. “Analoji” - bu növ bəyannamə vergi orqanı tərəfindən vergi ödəyicisinin analoji məlumatları əsasında hazırlanır. Daha dəqiq olsaq, bu növ ilə seçilən bəyannamə vergi ödəyicisindən təqdim edilə bilməz.

6. “Könüllü açıqlama” - vergi ödəyicisi yalnız səyyar vergi yoxlaması keçirilən dövr üçün bu növü seçərək bəyannaməni təqdim edə bilər.

Digər xəbərlər

2 May

Maliyyə

Riskli vergi ödəyiciləri

Vergi ödəyicisi hansı hallarda riskli vergi ödəyicisi hesab edilir?

1 May

Maliyyə

İcarə müqaviləsi haqqında

İcarə müqaviləsi - kirayə müqaviləsinin növlərindən biri hesab edilir, əsas məqsədi əmlakın müvəqqəti istifadəyə verilməsindən ibarətdir.