Kimlər Nəzarət-Kassa Aparatından Istifadə Etməyə Bilər?

Kimlər Nəzarət-Kassa Aparatından Istifadə Etməyə Bilər?

30 Aprel, 2022

Vergi Məcəlləsinin 16.1.8-ci maddəsinə əsasən, aşağıda qeyd olunanlar zamanı nəzarət-kassa aparatından istifadəyə ehtiyac yoxdur:

✔️16.1.8.1. qəzet və jurnalların satışı (belə satış dövriyyəsinin ümumi dövriyyədəki payı 50 % çox olduğu halda);

✔️16.1.8.2. kənd təsərrüfatı məhsullarının bazarlarda, yarmarkalarda və səyyar qaydada satışı;

✔️16.1.8.3. səyyar, bazarlarda və digər kütləvi ticarət yerlərində piştaxtadan, avtomobildən və qoşqu vasitələrindən pərakəndə satış fəaliyyəti;

✔️16.1.8.4. qiymətli kağızların və lotereya biletlərinin, idman mərc oyunu biletlərinin və elektron idman mərc oyunu biletlərinin satışı;

✔️16.1.8.5. elektrik enerjisi, qaz, su, isti su təchizatı və mərkəzi qızdırma sistemi obyektlərinin fəaliyyəti;

✔️16.1.8.6. fərdi qaydada göstərilən bərbər fəaliyyəti.

Digər xəbərlər

2 May

Maliyyə

Riskli vergi ödəyiciləri

Vergi ödəyicisi hansı hallarda riskli vergi ödəyicisi hesab edilir?

1 May

Maliyyə

İcarə müqaviləsi haqqında

İcarə müqaviləsi - kirayə müqaviləsinin növlərindən biri hesab edilir, əsas məqsədi əmlakın müvəqqəti istifadəyə verilməsindən ibarətdir.