Vergi ödəyicisi hansı hallarda riskli vergi ödəyicisi hesab edilir?
Əslində bu sualın cavabı kifayət qədər uzundur, lakin biz sizə bir neçə nümunə ilə ilkin məlumatları verməyə çalışacağıq.
Hal-hazırda vergi ödəyicisinin riskli vergi ödəyicisi olub-olmaması haqqında məlumat kommersiya sirri hesab edilmir.
- Təqdim etdiyiniz elektron qaimə-fakturalarda aldığınız/idxal etdiyiniz mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə siz riskli vergi ödəyicisi hesab edilirsiniz.
Məsələn, idxal etdiyiniz mal Yük Gömrük Bəyannaməsinə əsasən tikinti materialıdırsa, satdığınız mal isə e-qaiməyə əsasən mebel və ya maşındırsa, o halda riskli vergi ödəyicisi hesab olunacaqsınız.
- Aldığınız və ya idxal etdiyiniz malların həcmindən artıq həcmdə mallar təqdim etdiyinizdə siz riskli vergi ödəyicisi olursunuz.
Məsələn, e-qaimə və ya Yük Gömrük Bəyannaməsi ilə 1.000 manatlıq mal əldə etmiş, lakin eyni dövrdə e-qaiməyə əsasən 10.000 manatlıq satış etmisiniz. Bu halda da siz riskli vergi ödəyicisi sayılacaqsınız.
İcarə müqaviləsi - kirayə müqaviləsinin növlərindən biri hesab edilir, əsas məqsədi əmlakın müvəqqəti istifadəyə verilməsindən ibarətdir.
Vergi Məcəlləsinin 16.1.8-ci maddəsinə əsasən, sadalanan hallarda nəzarət-kassa aparatından istifadəyə ehtiyac yoxdur