Kadr Uçotu

Kadr uçotunun autsorsinqi biznesin böyüməsinə təkan verən, xərcləri minimumda məhsuldarlığı isə maksimumda saxlamağa imkan verən xidmətdir.

Biz Azərbaycan Respublikasının Əmək Qanunvericiliyinə uyğun olaraq, insan resurslarına dair aşağıdakı xidmətləri təklif edirik.

  • İşə qəbul edilən işçinin əmək müqaviləsinin tərtib edilməsi üçün lazımi sənədlərin toplanılması, vəzifəyə uyğun olub-olmamasının yoxlanılması və əmək müqaviləsinin bağlanılması (elektron qeydiyyatdan keçirilməsi);
  • Yeni işçilərə əmək kitabçalarının açılması və Elektron Hökumət Portalında onlayn fərdi uçota alınması;
  • İşdən azad edilən işçilərin müvafiq sənədlərinin hazırlanması;
  • Aylıq iş vaxtının uçot tabelinin tərtib edilməsi, məzuniyyət dövrünün hesablanması və bütün işçilərin məzuniyyətə çıxmalarının təmin edilməsi;
  • Dövlət orqanlarına hesabatların vaxtında verilməsi;
  • İşçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunması üzrə tədbirlərin görülməsi.

Digər xidmətlər

Digər xidmətlərlə tanış olunn

Mühasibatlıq

Mühasibat xidmətlərinin autsorsinqi sahibkarlara diqqəti biznesə yönəltməyə və iş proseslərini təkmilləşdirməyə imkan verir. Eyni zamanda nəticədə şirkətlər maliyyə risklərini azalda və ən əsası, maliyyə xərclərini azalda bilirlər.

Hüquqi Xidmətlər

Korporativ, əmək, vergi və miqrasiya qanunvericiliyi çərçivəsində hərtərəfli hüquqi dəstəyimizi təklif edirik.