Maliyyə auditi - şirkətin maliyyə sənədlərinin müstəqil yoxlanılması deməkdir. Prosedur zamanı auditor bütün əməliyyatların qanunvericiliyə uyğunluğunu və hesabat sənədlərində əks etdirilən məlumatların düzgünlüyünü təhlil edir.

Audit istənilən şirkət üçün yararlıdır - kiçik mağazadan tutmuş nəhəng holdinqə qədər. Yoxlama zamanı auditor cərimə ilə nəticələnə biləcək bütün səhvləri və çatışmazlıqları müəyyən edir.

Audit şirkətlər tərəfindən müxtəlif səbəblərə görə sifariş oluna bilər. Bəzi müəssisələr bu xidməti tərəfdaşlarına öz iqtisadi qabiliyyətlərinin təsdiqini təmin etmək üçün həyata keçirir. Digərləri vergi risklərinə nəzarət etmək istəyirlər. Üçüncü şirkətlər isə auditi daxili mühasibatlığın effektivliyini yoxlamaq üçün sifariş edirlər.

Peşəkar maliyyə auditi sizə aşağıdakı hallarda kömək edəcək:

  • Hesabatlıq və sənədləşmə işlərində mövcud vəziyyəti anlamağa
  • Maliyyə sənədlərində səhvləri üzə çıxarmağa
  • Sənədləşmə işini düzgün qurmağa
  • Şirkətin leyhinə işləyəcək struktur və ya proseslərin dəyişikliyini planlamağa.

Digər xidmətlər

Digər xidmətlərlə tanış olunn

Konsaltinq

Maliyyə sahəsində çoxşaxəli və ən son biliklərə, bu sahədə zəngin təcrübəyə malik olan komandamız şirkətlərə maliyyə risklərinin idarə edilməsi, təhlili və strateji planlaşdırılması üzrə konsaltinq xidmətlərini təqdim edir.

Mühasibatlıq

Mühasibat xidmətlərinin autsorsinqi sahibkarlara diqqəti biznesə yönəltməyə və iş proseslərini təkmilləşdirməyə imkan verir. Eyni zamanda nəticədə şirkətlər maliyyə risklərini azalda və ən əsası, maliyyə xərclərini azalda bilirlər.

Kadr Uçotu

Kadr uçotunun autsorsinqi biznesin böyüməsinə təkan verən, xərcləri minimumda məhsuldarlığı isə maksimumda saxlamağa imkan verən xidmətdir.

Hüquqi Xidmətlər

Korporativ, əmək, vergi və miqrasiya qanunvericiliyi çərçivəsində hərtərəfli hüquqi dəstəyimizi təklif edirik.