Mühasibatlıq

Mühasibat xidmətlərinin autsorsinqi sahibkarlara diqqəti biznesə yönəltməyə və iş proseslərini təkmilləşdirməyə imkan verir. Eyni zamanda, nəticədə şirkətlər maliyyə risklərini azalda və ən əsası, maliyyə xərclərini azalda bilirlər.

Mühasibat uçotunun həyata keçirilməsinin üstünlükləri:

Xərclərinin azaldılması. Hətta bir daxili mühasibin işini təşkil etmək üçün ödənilən əmək haqqından savayı şirkətlər işçini iş masası, kompüter, telefon və digər ofis avadanlığı ilə təmin etməlidir ki. Autsors şirkətin xidmət haqqını məsrəflərə daxil etməklə isə şirkətlər daha az vergi ödəmiş olurlar. Beləliklə, austorsinq nəticəsində şirkət 25-30% vəsaiti qənaət etmiş olur.

Xidmətin keyfiyyəti. İxtisaslaşmış şirkətlərdə bütün iş prosesləri dəfələrlə işləndiyi üçün həm mürəkkəb, həm də gündəlik məsələlərin həlli daha sürətli olur.

Nəticəyə görə məsuliyyət. Mühasibat uçotunun autsorsinqə verilməsi halında şirkət müqavilənin müddəaları ilə qorunur, buna görə autsorser mühasibat xidmətlərinin göstərilməsi zamanı səhvlər, nöqsanlar, sənədlərin itirilməsi və zədələnməsi nəticəsində zərərin vurulmasına görə məsuliyyət daşıyır.

Məxfilik. Sifarişçi şirkət və icraçının maraqları üst-üstə düşdüyü və müştərinin mənafeyinə dəyən zərərin qarşısını almaq üçün tərəflər arasında bütün əldə edilmiş məlumatların məxfi saxlanılmasına dair müqavilə imzalanır.

Digər xidmətlər

Digər xidmətlərlə tanış olunn

Konsaltinq

Maliyyə sahəsində çoxşaxəli və ən son biliklərə, bu sahədə zəngin təcrübəyə malik olan komandamız şirkətlərə maliyyə risklərinin idarə edilməsi, təhlili və strateji planlaşdırılması üzrə konsaltinq xidmətlərini təqdim edir.

Audit

Maliyyə auditi - şirkətin maliyyə sənədlərinin müstəqil yoxlanılması deməkdir. Prosedur zamanı auditor bütün əməliyyatların qanunvericiliyə uyğunluğunu və hesabat sənədlərində əks etdirilən məlumatların düzgünlüyünü təhlil edir.

Kadr Uçotu

Kadr uçotunun autsorsinqi biznesin böyüməsinə təkan verən, xərcləri minimumda məhsuldarlığı isə maksimumda saxlamağa imkan verən xidmətdir.

Hüquqi Xidmətlər

Korporativ, əmək, vergi və miqrasiya qanunvericiliyi çərçivəsində hərtərəfli hüquqi dəstəyimizi təklif edirik.